Yuxarı

​Obama Luiziana ştatını təbii fəlakət zonası elan edib

Burada daşqınlar zamanı 4 nəfər həlak olub

Bakı. 15 avqust. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Luiziana ştatını təbii fəlakət zonası elan edib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

Qeyd edək ki, ştatda baş vermiş daşqınlar nəticəsində 4 nəfər həlak olub, 7 mindən artıq insan ərazidən təxliyə edilib.

"Prezident avqustun 11-dən başlamış və indiyə qədər davam edən daşqınlardan və fırtınalardan zərər çəkmiş Luiziana ştatını təbii fəlakət zonası elan edib. Ştatın ərazilərinin bərpası məqsədilə yerli hakimiyyət orqanlarının səylərini dəstəkləmək və federal vəsaitlər ayrılması haqqında sərəncam verib" – deyə Ernest bildirib.

O, qeyd edib ki, bu tədbirlər İst-Baton Ruj, Livinqston, Sent-Helen və Tendjipaho şəhər sakinlərinə federal yardım almaq imkanı verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi