Barak Obama Liviyaya hərbi müdaxiləni özünün ən böyük səhvi adlandırıb

Barak Obama Liviyaya hərbi müdaxiləni özünün ən böyük səhvi adlandırıb ABŞ prezidenti səhvini etiraf edib
Digər ölkələr
11 Aprel , 2016 04:24
Barak Obama Liviyaya hərbi müdaxiləni özünün ən böyük səhvi adlandırıb

Bakı. 11 aprel. REPORT.AZ/ ABŞ-ın prezidenti Barak Obama Liviyaya hərbi müdaxiləni özünün ən böyük səhvi hesab edir. 

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bunu "Fox News" telekanalına müsahibəsində etiraf edib.

"Ola bilsin Liviyaya müdaxilədən sonrakı addımlarla bağlı planının olmaması müvəffəqiyyətsizlikdir. Amma həmin ana qədər mən bunun düzgün addım olmasını hesab edirdim" - deyə Obama bildirib.

Amerika prezidenti əlavə edib ki, "iqtisadiyyatın böyük depressiyadan qurtuluşunu" öz administrasiyasının ən yüksək xidməti hesab edir

Son xəbərlər

Orphus sistemi