Obama Kubanın "terrora dəstək verən dövlətlər" siyahısından çıxarılmasını istədi

Obama Kubanın "terrora dəstək verən dövlətlər" siyahısından çıxarılmasını istədi Müvafiq məktub ABŞ Konqresinə təqdim olunub
Digər ölkələr
15 Aprel , 2015 00:31
Obama Kubanın terrora dəstək verən dövlətlər siyahısından çıxarılmasını istədi

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ölkə Konqresinə məktubla müraciət edərək Kubanın "terrora dəstək verən dövlətlər" siyahısından çıxarılmasını istədi.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Ev başçısının məktubunun mətni ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, ilk dəfə 1979-cu ildə tərtib olunun bu siyahıya ilkin mərhələdə Kuba ilə yanaşı Liviya, İraq, Cənubi Yəmən və Suriya daxil edilmişdi. 

Hazırda isə siyahıda Kuba, İran, Sudan və Suriyanın adları var.

Son xəbərlər

Orphus sistemi