Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barack Obama ABŞ-ın Kuba siyasəti ilə bağlı bəyanatla çıxış edib
Ağ Ev başçısı Kuba ilə diplomatik və iqtisadi münasibətlərin bərpasını bəyan edib. Obamanın bu bəyanatı rəsmi Vaşinqtonun Kuba siyasətində yeni mərhələnin başlanğıcı kimi qəbul edilir. Yaxın gələcəkdə Kubada ABŞ səfirliyinin açılması və əlaqələrin normallaşması kimi addımların atılacağı istisna edilmir.
"Report" xəbər verir ki, Kuba prezidenti Raul Kastro da bu gün bəyanatla çıxış ederək ABŞ-la münasibətlərin bərpasını təsdiqləyib.
Xatırladaq ki, ABŞ-la Kuba arasında diplomatik münasibətlər 1961-ci ildən kəsilmişdi.