Obama Keniyadan Efiopiyaya yollanacaq

Obama Keniyadan Efiopiyaya yollanacaq Obamanın təbirincə, Kenya son onilliklər ərzində iqtisadi və siyasi cəhətdən xeyli irəliləyib
Digər ölkələr
26 İyul , 2015 16:18
Obama Keniyadan Efiopiyaya yollanacaq

Bakı. 26 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barack Obama Keniyaya səfərinin sonunda etdiyi çıxışnda ölkənin əldə etdiyi nailiyyətləri alqışlayaraq qarşıda duran sınaqları da qeyd edib. "Report" BBC-yə istinadən xəbər verir ki, Obamanın təbirincə, Kenya son onilliklər ərzində iqtisadi və siyasi cəhətdən xeyli irəliləyib.

Eyni zamanda, ABŞ prezidenti xəbərdarlıq edib ki, korrupsiya, terrorçuluq, etnik ziddiyyətlər, tayfaçılıq, yerliçilik kimi hallar ölkənin gələcəyi üçün təhlükə kəsb edə bilər.

Obamanın Keniyaya səfəri cümə günü başlayıb, və onun ata yurduna prezident qismində ilk səfəridir.

Keniya prezidentilə danışıqlardan sonra hər iki lider "terrora qarşı mübarizədə" ölkələrinin birgə olduğunu qeyd ediblər.

Bazar günü prezident Obama Keniyadan Efiopiyaya yollanacaq.

Barack Obama Efiopiyaya rəsmi səfərə gələn ilk ABŞ prezidenti olacaq.

Çərşənbə axşamı Efiopiyada Afrika Birliyinin sammiti keçiriləcək.

Barack Obama həmin sammitdə çıxış edəcək ilk ABŞ prezidenti olacaq.

Son xəbərlər

Orphus sistemi