​Obama Kanadadan neft kəməri tikintisini təsdiq etməyib

​Obama Kanadadan neft kəməri tikintisini təsdiq etməyib Layihənin dəyəri 8 milyard dollar dəyərində qiymətləndirilirdi
Digər ölkələr
6 Noyabr , 2015 22:26
​Obama Kanadadan neft kəməri tikintisini təsdiq etməyib

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Amerika ərazisindən keçməklə Kanadadan Meksika körfəzinə neft nəqli üçün nəzərdə tutulan "Keystone XL" boru kəmərinin tikintisini təsdiq etməyəcəyini bəyan edib.

"Report" xəbər verir ki, o, layihənin ətraf mühit mühafizəçiləri tərəfindən çoxsaylı etirazlara səbəb olduğunu bildirib.

Obamanın sözlərinə görə, hazırda belə bir neft kəmərinin tikintisi Amerikanın maraqlarına cavab vermir.

Layihənin dəyəri 8 milyard dollar dəyərində qiymətləndirilirdi.

Son xəbərlər

Orphus sistemi