​Ağ Ev: Obama ilə Merkel Minsk razılaşmasını müzakirə ediblər

​Ağ Ev: Obama ilə Merkel Minsk razılaşmasını müzakirə ediblər Hər iki ölkə lideri terrorizmə qarşı birgə mübarizə aparmaq arzusunda olduqlarını bildiriblər
Digər ölkələr
28 İyul , 2016 02:00
​Ağ Ev: Obama ilə Merkel Minsk razılaşmasını müzakirə ediblər

Bakı. 28 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib. Məlumata görə, hər iki ölkə lideri terrorizmə qarşı birlikdə və prinsipial mübarizə aparmağı davam etdirmək arzusunda olduqlarını bildiriblər.

ABŞ prezideti və Almaniya kansleri son günlər baş verən terror hadisələrini xüsusi müzakirə ediblər. Barak Obama Almaniyada terror hücumlarında dünyalarını dəyişmiş şəxslərin ailələrinə başsağlığı verib.

Ölkə rəsmiləri həmçinin Ukrayna problemini, o cümlədən Minsk razılaşmasını diqqət mərkəzində saxlayıblar. ABŞ və Almaniya rəsmiləri bu məsələdə əməkdaşlığı davam etdirəcəklərini vurğulayıblar.  

Son xəbərlər

Orphus sistemi