​Obama: "İŞİD liderlərinin məhvi prosesini davam etdirəcəyik"

​Obama: "İŞİD liderlərinin məhvi prosesini davam etdirəcəyik" Onun rəhbərlərindən heç biri təhlükəsiz şəraitdə olmayacaq
Digər ölkələr
4 avqust 2016 21:48
​Obama: İŞİD liderlərinin məhvi prosesini davam etdirəcəyik

Bakı. 5 avqust. REPORT.AZ/ ABŞ İŞİD terror qruplaşmasının rəhbərlərinin ovunu davam etdirəcək. 

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Pentaqonda, Təhlükəsizlik Şurasının iclasından sonra deyib.

"Biz İŞİD liderlərinin və komandirlərinin məhv edilməsi prosesini davam etdirəcəyik. İŞİD liderlərindən heç biri təhlükəsiz şəraitdə olmayacaq. Onları izləməyi davam etdirəcəyik" – deyə Obama bildirib.

Obama öz çıxışında ABŞ-ın hədəfə aldığı bir sıra İŞİD liderlərinin də adını çəkib.

ABŞ prezidenti həmçinin bildirib ki, terrorçuların qrup və ya fərdi şəkildə ABŞ-a hücumu təhlükəsi qalmaqdadır. O, bildirib ki, terrorçuların ABŞ-da insanlara qrup, yaxud fərdi şəkildə hücumu realdır.  

Son xəbərlər

Orphus sistemi