Yuxarı

Obama: İranla razılaşma imkanları mövcuddur

İran bütün dünyaya sübüt etməlidir ki, nüvə silahını yaradmaq kimi niyyəti yoxdur

Bakı. 22 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı danışıqlarda müsbət nəticənin əldə olunağını istisna etmir.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Huffington Post qəzetində müsahibə verən Ağ Ev başçısı bildirib ki, İranla "altılıq" ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin) arasında nüvə proqramı ilə bağlı davam edən danışıqlarda müsbət irəliləyişlər diqqəti cəlb edir.

"Hələlik Tehran istənilən güzəştlərə getməyib, ancaq bu istiqamətdə addımlar atır. Bu səbəbdən də, hesab edirəm ki, yekun razılaşmanın əldə olunmasına dair şans mövcuddur" deyə B. Obama vurğulayıb.

Onun sözlərinə görə, İran bütün dünyaya sübüt etməlidir ki, nüvə silahını yaradmaq niyyəti yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi