Obama İranla nüvə razılığına dəstək qazanmağa çalışır

Obama İranla nüvə razılığına dəstək qazanmağa çalışır Obama Vaşinqtonda Amerika universitetində nitqlə çıxış edib
Digər ölkələr
5 Avqust , 2015 21:12
Obama İranla nüvə razılığına dəstək qazanmağa çalışır

Bakı. 5 avqust. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Konqresi İranın nüvə proqramına dair beynəlxalq razılığı təsdiq etməyə çağıraraq deyib ki, bu, 2002-ci ildə İraqa müdaxilə ilə bağlı qərardan sonra xarici siyasət sahəsində ən mühüm siyasi debatdır.

"Report"un Amerikanın səsinə istinadən verdiyi məlumata görə, Obama Vaşinqtonda Amerika universitetində nitqlə çıxış edib.

ABŞ Konqresinin razılaşmanı nəzərdən keçirmək üçün 60 gün vaxtı var. Razılığın təsdiq və ya da rədd edilməsinə dair səsvermə sentyabr ayında keçirilməlidir.

Obama Konqres razılaşmanı rədd etdiyi halda veto qoyacağına söz verib. Bunun nəticəsində isə həm Senat, həm də Nümayəndələr Palatası vetonu üstələmək üçün səslərin üçdə birinin almaq məcburiyyəti qarşısında qalacaq.

Obamanın çıxışı yeni rəy sorğularının amerikalılar arasında razılaşmaya dəstəyin böyük olmadığını və İranın razılığın şərtlərinə əməl etmək istəyinə skeptik yanaşdıqlarını göstərdiyi vaxta təsadüf edir.

Son xəbərlər

Orphus sistemi