Obama: İranla danışıqların uğuruna şübhə ilə yanaşıram

Obama: İranla danışıqların uğuruna şübhə ilə yanaşıram "İranın nüvə obyektlərində beynəlxalq müşahidəçilərin monitorinqinə icazə verilib verilməməsi də aydın deyil"
Digər ölkələr
3 Mart , 2015 03:08

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı danışıqların müsbət nəticə verəcəyinə şübhə ilə yanaşdığını deyib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Ev başçısı bildirib ki, rəsmi Tehran çətin ki  yekun razılaşmanın tələblərinə cavab versin.

"Biz İranın həqiqətən də müzakirələrin sonunda razılaşma sənədini imzalayacağına şübhə edirik. Həmçinin, İranın nüvə obyektlərində beynəlxalq müşahidəçilərin monitorinqinə icazə verilib verilməməsi aydın deyil", - deyə B. Obama vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Tehrandan nüvə proqramının ən azı 10 il müddətinə dayandırılmasını tələb edir.

Son xəbərlər

Orphus sistemi