Obama Hillari Klintonun prezidentliyə namizədliyini dəstəkləyib

Obama Hillari Klintonun prezidentliyə namizədliyini dəstəkləyib "O, görkəmli dövlət katibi olub. O, mənim dostumdur. Düşünürəm ki, əla prezident olacaq"
Digər ölkələr
12 Aprel , 2015 14:19
Obama Hillari Klintonun prezidentliyə namizədliyini dəstəkləyib

Bakı. 12 aprel. REPORT.AZ/ Barak Obama ABŞ-da qarşıda gələn prezident seçkilərində Demokratik partiya adından Hillari Klintonun namizədliyinin irəli sürülməsini dəstəkləyib. "Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, B.Obamanın sözlərinə görə, Klinton "əla prezidnet olacaq".

"O, ABŞ üçün nə etmək istədiyini dəqiq bilir. O, görkəmli dövlət katibi olub. O, mənim dostumdur. Düşünürəm ki, əla prezident olacaq", Barak Obama Panamada "Amerikalar samiti" başa çatandan sonra bildirib.

Gözlənildiyinə görə, ABŞ-ın keçmiş birinci xanımı, Obamanın birinci prezidentlik müddətində ABŞ Dövlət Departamentinin başçısı olmuş 67 yaşlı Hillari Klinton, gələn il prezident seçkisində iştirak edəcəyini bazar günü açıqlayacaq.

2008-ci ildə Hillari Klinton Demokrat partiyasından prezidentliyə namizəd seçkisində Barak Obamaya məğlub olmuşdu.

Müşahidəçilər hesab edir ki, hazırda partiyada onun əsas namizəd kimi ciddi rəqibi yoxdur.

Son xəbərlər

Orphus sistemi