Obama Hələbdəki zorakılıqlara görə Əsədi, Rusiyanı və İranı ittiham edib

Obama Hələbdəki zorakılıqlara görə Əsədi, Rusiyanı və İranı ittiham edib Rusiya beynəlxalq ictimaiyyətə Suriyadakı vətəndaş müharibəsini dayandırmağa mane olub
Digər ölkələr
17 Dekabr , 2016 07:45
Obama Hələbdəki zorakılıqlara görə Əsədi, Rusiyanı və İranı ittiham edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd və onun müttəfiqləri – Rusiya, habelə İran Hələbdə baş vermiş zorakılıqlara görə məsuliyyət daşırıylar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib. 

ABŞ prezidenti qeyd edib ki, bütün dünya birləşərək Hələbdə baş verən hadisələrə qarşı çıxıb. Bununla yanaşı, Barak Obama Rusiyanı da ittiham edib. Ağ Ev rəhbəri bildirib ki, Rusiya daim beynəlxalq ictimaiyyətə Suriyadakı vətəndaş müharibəsini dayandırmağa mane olub. 

Barak Obama həmçinin Hələbdə baş verən hadisələrə görə Suriya prezidenti Bəşər Əsədi və İranı da ittiham edib.

Son xəbərlər

Orphus sistemi