Yuxarı

Obama Guantanamo məhbusları ilə bağlı qanun layihəsini veto edəcək

Guantanamoda tutulan 122 məhbusun gələcəyi sual altındadır

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Kubada yerləşən Guantanamo hərbi bazasında tutulan məhbusların digər təcridxanalara vəya üçüncü ölkələrə köçürülməsini qadağan edən qanun layihəsini veto edəcəyini bildirib.

"Report"un BBC-yə istinadla verdiyi xəbərə görə, Ağ Ev başçısı bildirib ki, hazırda Senatda müzakirə olunan bu sənədi dəstəkləməyəcək.

Qeyd edək ki, Obama administrasiyası daha əvvəl Guantanamoda tutulan bir grup məhbusun digər ölkələrə göndərilməsinə müvəffəq olmuşdu. Ancaq problem bütövlüklə həll olunmamış olaraq qalır. Çünki ABŞ Konqresi təcridxanada qalan məhbusların nə mühakimə olunmasına nə də ABŞ-daki digər həbsxanalara köçürülmısinə icazə vermir.

Beləliklə, hazırda Guantanamoda tutulan 122 məhbusun gələcəyi sual altındadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi