Obama Guantanamo həbsxanasını bağlaya biləcəkmi?

Obama Guantanamo həbsxanasını bağlaya biləcəkmi? "Ən doğru seçim ABŞ Konqresinin rəsmi olaraq qəbul edəcəyi məhbusların köçürülməsi planının icrası olardı"
Digər ölkələr
1 Sentyabr , 2015 03:12
Obama Guantanamo həbsxanasını bağlaya biləcəkmi?

Bakı. 01 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Kubada yerləşən Quantanamo həbsxanasının bağlanması ilə bağlı bir sıra təklifləri gözdən keçirir. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest deyib.

Onun sözlərinə görə, ən doğru seçim ABŞ Konqresinin rəsmi olaraq qəbul edəcəyi məhbusların köçürülməsi planının icrası olardı.

Ancaq bir sıra ekspertlər, bu addımın heç də asan olmayacağı qənaətindədir. Çünkü bir sıra konqresmen hazırda Quantanamoda saxlanılan116 məhbusun ABŞ-a gətirilməsinin əleyhinədir.

Qeyd edək ki, Barak Obama 2009-cu ildə hakimiyyətə gələndə, tərəddüd etmədən bu həbsxananın bağlanacağına söz vermişdi. 2013-cü ilin mayında Milli Müdafiə Universitetində anti-terror çıxışında Obama Quantanamonu dünyada Amerikanın qanun aliliyinə hörmət etməməsinin simvolu kimi təsvir etmişdi. “Mənim administrasiyamın Əl-Qaidə rəhbərliyinə qarşı amansız mübarizəsini nəzərə alsaq, Konqresin bu obyekti bağlamağı əngəlləməsinə əsas yoxdur."

Son xəbərlər

Orphus sistemi