Obama Ərdoğana İstanbuldakı terror aktı ilə əlaqədar başsağlığı verib

Obama Ərdoğana İstanbuldakı terror aktı ilə əlaqədar başsağlığı verib O, həmçinin Türkiyənin Suriyada atəşkəsin əldə olunması üçün göstərdiyi səyləri alqışlayıb
Digər ölkələr
4 yanvar 2017 01:21
Obama Ərdoğana İstanbuldakı terror aktı ilə əlaqədar başsağlığı verib

Bakı. 4 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı İstanbulda 39 nəfərin qətlə yetirilməsi ilə nəticələnən terror aktı ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

Obama, həmçinin Türkiyə tərəfinin Suriyada atəşkəsin əldə olunması və Suriya hakimiyyəti ilə müxalifət arasında dialoqun qurulması üçün göstərdiyi səyləri alqışlayıb.

Son xəbərlər

Orphus sistemi