Yuxarı

Obama: "Əfqanıstanda sülh yalnız hökumətlə taliblər arasındakı razılaşma ilə mümkündür"

Taliban hələ də Əfqanıstanın təhlükəsizliyi üçün təhlükə törədir

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Əfqanıstan probleminin həlli yolunu açıqlayıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ prezidenti bu ölkədəki münaqişənin sülh yolu ilə həlli vacibliyini diqqətə çatdırıb.

ABŞ prezidenti hesab edir ki, Əfqanıstan hökuməti ilə Taliban arasındakı siyasi proses münaqişənin həlli üçün yeganə üsuldur: "Bu münaqişənin həllinin yeganə üsulu ilə Əfqanıstan hökuməti arasında taliblər arasında davamlı razılaşmanın əldə edilməsidir".

O, vurğulayıb ki, ABŞ bu prosesi dəstəkləyir. Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, "Taliban" əvvəlki kimi Əfqanıstanın təhlükəsizliyi üçün  təhlükə törədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi