Yuxarı
    Bağlamaq

    Obama debatlarda Trampı dəstəkləyəcək

    Malik Obama Donald Tramp ətrafındakı qalmaqallara inanmır

    Bakı. 19 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama ölkədəki prezident seçkilərindən əvvəl baş tutacaq son debatda Respublikaçılar Partiyasından olan nazmizəd Donald Trampı dəstəkləmək üçün oktyabrın 19-da Las-Veqasa səfər etmək niyyətindədir.

    "Report" xəbər verir ki, bu barədə "The New York Post" yazıb.

    Prezidentin ögey qardaşının sözlərinə görə, o, Tramp ətrafındakı qalmaqallara inanmır. "Debatlarda iştirak edəcəyimə görə şadam. Tramp ABŞ-ı yenidən nəhəng qüvvəyə çevirə bilər", - deyə Malik Obama bildirib.

    O, həmçinin D.Trampın seçkilərdə Demokratlar Partiyasından rəqibi olacaq Hillari Klintonu dövlət katibi kimi fəaliyyətinə görə tənqid edib.

    Öz növbəsində, D.Tramp Maliklə görüşməyi səbirsizliklə gözlədiyini bildirib. "O, qardaşından daha çox anlayır", - deyə milyarder vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi