Yuxarı

Obama: "Bu mübarizənin Amerika ilə İslam arasında olan müharibə kimi görünməsinə imkan verə bilmərik"

İŞİD terror qruplaşmasının yaraqlıları İslam dinini təmsil etmir

Bakı. 7 dekabr. REPORT.AZ/ "İŞİD terror qruplaşmasının yaraqlıları İslam dinini təmsil etmir və ABŞ ilə bu din arasında müharibə olmayacaq".

"Report" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama televiziya ilə xalqa müraciətində deyib.

"Biz bir-birimizə qarşı gedib bu mübarizənin Amerika ilə İslam arasında olan müharibə kimi görünməsinə imkan verə bilmərik. İŞİD terrorçuları məhz bunu istəyir", - Obama bildirib.

ABŞ prezidenti vurğulayıb ki, İŞİD yaraqlıları ölüm dininə qulluq edən başkəsənlər və qatillərdir: "Onlar dünya üzrə milyarddan çox müsəlmanın çox cüzi hissəsini təşkil edir. Amerikada yaşayan müsəlmanlar da onların nifrət ideologiyasını rədd edir".

ABŞ prezidenti qeyd edib ki, dünyada terrorçuların qurbanlarının böyük əksəriyyəti müsəlmanlardır. O, həmçinin müsəlman icmalarını ən güclü müttəfiq kimi görəməyə, daha onları şübhə və nifrət hissi ilə cəmiyyətdən təcrid etməməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi