Bakı. 31 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama avqustun 5-də İranın nüvə proqramına dair razılaşma mövzusunda çıxış edəcək.
"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ ev başçısının çıxışı Vaşintonda yerləşən Amerika Universitetində baş tutacaq.
Ağ ev sözcüsü Coş Ernest məsələyə münasibət bildirərək xatırladıb ki, vaxtı ilə sabiq prezident Con Kennedi də məhz bu universitetdə öz məhşur çıxışlarını edərdi.