Yuxarı
    Bağlamaq

    Obama Amerika veteranlarını alqışlayıb

    Obama Ağ Evdə veteranlar və onların ailələri üçün ziyafət təşkil edib

    Bakı. 12 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatlarda qeyd olunan Veteranlar günü münasibəti ilə prezident Barak Obama hərbi qüvvələrdə xidmət edən kişi və qadınları alqışlayıb, veteranların xatirəsini anıb.

    "Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Obama Ağ Evdə veteranlar və onların ailələri üçün ziyafət təşkil edib.

    Daha sonra ABŞ prezidenti Arlinqton Fəxri Xiyabanında Naməlum əsgərin məzarı önünə əklil qoyub və orada nitq söyləyib.

    Prezident Obama Amerika biznes şirkətlərini İraq və Əfqanıstanda hərbi xidmətini bitirib vətənə qayıtmış veteranları işlə təmin etməyə çağırıb. Ölkə boyu televiziyada yayımlanan nitq zamanı prezident Obama deyib:”Bizim veteranlar Yer üzündə ən istedadlı, ən təşəbbüskar, ən qabiliyyətli insanlardır. Onlar təzyiq altında işləyə bilir. Onlar işi yerinə yetirir.”

    Birləşmiş Ştatlarda Veteranlar gününün tarixi 1919-cu ildə prezident Vudro Vilsonun Birinci Dünya müharibəsinin sona çatması münasibətilə noyabrın 11-ni Barışıq günü elan etdiyi vaxta gedib çıxır.

    Barışıq günü ABŞ-da 1938-ci ildən başlayaraq 1954-cü ilə qədər qeyd edilib. İkinci Dünya müharibəsi və Koreya müharibəsindən sonra isə bu gün Veteranlar günü kimi qeyd edilməyə başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi