Obama: "Afrikanın tərəqqisi davamlı inkişaf və demokratiyadan asılıdır"

Obama: "Afrikanın tərəqqisi davamlı inkişaf və demokratiyadan asılıdır" Obama Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının iclasında çıxış edib
Digər ölkələr
28 İyul , 2015 21:07
Obama: Afrikanın tərəqqisi davamlı inkişaf və demokratiyadan asılıdır

Bakı. 28 iyul. REPORT.AZ/ Keniya və Efiopiyaya tarixi səfərinin son vida çıxışında ABŞ prezidenti Barak Obama Afrikanın fövqəladə tərəqqisini yüksək qiymətləndirib. "Report" Amerikanın səsinə istinadən xəbər verir ki, Ağ Ev başçısı bildirib ki, bu tərəqqi yalnız davamlı inkişaf və demokratiya ilə qorunub saxlanıla bilər.

Obama Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının iclasında çıxış edib. O, Afrika qitəsi liderlərinin toplantısında nitq söyləyən ilk Amerika prezidentidir.

Atası Keniyada anadan olmuş ABŞ prezidenti deyib ki, Afrikanın yoxsulluq və münaqişələr qitəsi olduğu haqda stereotipin unudulması vaxtı gəlib çatıb.

Lakin prezident Obama qitənin inkişafının zəif bünövrə üzərində qurulduğunu bildirib. O deyib ki, yüz milyonlarla afrikalı hələ də ifrat yoxsulluq içində yaşayır.

Bu gün səhər prezident Obama Əddis-Əbəbədə Faffa ərzaq müəssisəsini ziyarət edib. ABŞ hökuməti tərəfindən dəstəklənən bu müəssisə aclıq, yoxsulluq və qida çatışmazlığı problemlərinə qarşı mübarizə məqsədi ilə yaradılıb.

ABŞ hökuməti qarğıdalı, lobya, düyü və buğda da daxil olmaqla, Afrikanın 11 ölkəsində fermerlərə iqlimə davamlı toxumlar göndərərək, aqrar sahəyə 140 milyon dollar dəyərində investisiya ediləcəyini bldirib.

Hökumət bu təşəbbüsün növbəti üç il ərzində Afrika boyu 11 milyondan çox ailəyə yardım edə biləcəyini ehtimal edir.

Son xəbərlər

Orphus sistemi