Bakı. 16 İyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama cümə axşamı Oklahomada kişilərin cəza çəkdiyi El-Rino ciddi rejimli federal türməsinə baş çəkib.
"Report" "FoxNews"a istinadən xəbər verir ki, prezident islah-əmək müəssisəsinə səfəri zamanı dustaqlarla görüşüb.
Ağ evdən verilən məlumata görə, Obama fəaliyyət müddətində türməni ziyarət edən ilk ABŞ prezidenti olub. Ağ evin mətbuat katibi Coş Ernestin sözlərinə görə, dövlət başçısının səfəri zamanı "unikal təhlükəsizlik tədbirləri" görülüb.