Yuxarı

Barak Obama: "ABŞ prezidenti Tramp xarakterli olmamalıdır"

Tramp başqalarını aşağılayaraq özünü təsdiq edir

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp dövlət başçısına xas xarakterə malik deyil".

"Report" xəbər verir ki, bu sözləri həftə sonu milyarderin qadınlar haqqında işlətdiyi ifadələrlə bağlı baş verən qalmaqalı şərh edən Ağ Ev rəhbəri Barak Obama deyib.

Onun sözlərinə görə, Tramp "başqalarını aşağılayaraq" özünü təsdiq edir.

"Bu mənim Ağ Evdə kiməsə tövsiyə edə biləcəyim xarakter deyil", - deyə Obama Çikaqoda demokratlara seçkiqabağı dəstək tədbirində çıxışı zamanı bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi