Yuxarı

​Obama ABŞ prezidenti postu uğrunda mübarizədə Klintonun namizədliyini dəstəkləyib - VİDEO

Prezident bununla bağlı təşviqat videoçarxı hazırlayıb

Bakı. 9 iyun. REPORT.AZ/ Amerika Administrasiyasının rəhbəri demokrat Barak Obama ABŞ prezidenti postu uğrunda mübarizə aparan Hillari Klintonun namizədliyini dəstəkləyib.

"Report" xəbər verir ki, Klintonun seçki qərargahı prezidentin bununla bağlı hazırladığı təşviqat videoçarxını ictimaiyyətə təqdim edib.

"Düşünmürəm ki, haçansa kimsə bu postu tutmaq üçün bu qədər ixtisaslı olub", - deyə prezident, xüsusilə həmpartiyalı olduğu Klinton haqqında bildirib.

Klinton artıq Obamanın videoçarxına münasibət bildirib:

"ABŞ prezidenti, sizin dəstəyinizdən xoşhal oldum. Bu məndə ruh yüksəkliyi yaratdı və irəli getməyə hazıram!".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi