Obama ABŞ-ın Paris sazişindən çıxmasını "gələcəyi inkar" adlandırıb

Obama ABŞ-ın Paris sazişindən çıxmasını "gələcəyi inkar" adlandırıb O, buna baxmayaraq dövlətin planetin qorunmasında fəallaşacağına əminliyini bildirib
Digər ölkələr
2 İyun , 2017 01:01
Obama ABŞ-ın Paris sazişindən çıxmasını gələcəyi inkar adlandırıb
Courtesy İmage

Bakı. 2 iyun. REPORT.AZ/ Birləşmiş Ştatların sabiq prezidenti Barak Obama ölkənin iqlim üzrə Paris sazişindən çıxmaqla gələcəyi inkar etdiyini bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Hətta bu administrasiya (Tramp – red.) gələcəyi inkar edən azsaylı dövlətlər sırasına qoşulsa belə, mən əminəm ki, bizim dövlətimiz, şəhərlərimiz və müəssisələrimiz yeganə planetimizin gələcək nəsillər üçün qorunmasına kömək etmək və bunda aparıcı rol oynamaqdan ötrü fəallaşacaq və daha çox şey edəcək", - deyə agentlik sabiq dövlət başçısının sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi