Yuxarı
    Bağlamaq

    Obama: "ABŞ-ın İraqda buraxdığı səhvlər İŞİD-in yaranma səbəblərindən biri oldu"

    Ağ Ev rəhbəri İŞİD-in onurğasının qırılacağına vəd verib

    Bakı. 7 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatların Səddam Hüseyni devirmək üçün İraqda apardığı hərbi əməliyyatlar zamanı buraxdığı səhvlər İŞİD terror təşkilatının yaranma səbəblərindən biri oldu.

    "Report" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama çərşənbə axşamı Amerika Hərbi Hava Qüvvələrinin Florida ştatında yerləşən Makdil bazasında çıxışı zamanı etiraf edib.

    "Biz İŞİD kimi tanınan təşkilatın əmələ gələrək böyüməsinə səbəb olan 2003-cü il müdaxiləsinin bəzi səhvlərini təkrarlamaqdan imtina etdik", - deyə səlahiyyətləri yanvarın 20-də başa çatan ABŞ prezidenti bildirib.

    Obama, həmçinin qeyd edib ki, İŞİD ona qarşı aparılan hərbi əməliyyatlar nəticəsində nəzarəti altında olan ərazilərin böyük hissəsini itirib.

    Amerika liderinin sözlərinə görə, ekstremist təşkilatın nəzarəti altında qalan İraq və Suriya ərazilərində yerli əhali onlara qarşı çıxıb.

    İŞİD-in "onurğa sütunu"nun qırılacağını bildirən Ağ Ev rəhbəri, bu terror şəbəkəsinin məhv edilməsi üçün nə qədər vaxta ehtiyac olduğnu açıqlamayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi