Nyu-Yorkun yeni meri andiçmə mərasimini ləğv edib

Nyu-Yorkun yeni meri andiçmə mərasimini ləğv edib ABŞ-ın Nyu-York şəhərinin yeni seçilən meri Erik Adams 2022-ci il yanvarın 1-də keçirilməsi planlaşdırılan andiçmə mərasimini ləğv edib.
Digər ölkələr
22 Dekabr , 2021 08:57
Nyu-Yorkun yeni meri andiçmə mərasimini ləğv edib

ABŞ-ın Nyu-York şəhərinin yeni seçilən meri Erik Adams 2022-ci il yanvarın 1-də keçirilməsi planlaşdırılan andiçmə mərasimini ləğv edib.

“Report”un yerli bürosu xəbər verir ki, 61 yaşlı siyasətçi bu qərarı şəhərdə COVID-19-un yeni variantı “Omikron” ştammına yoluxanların sayının artması səbəbi ilə verib.

"Biz insanları təhlükəli mühitə salmaq istəmirik. Mənim mərasimə ehtiyacım yoxdur", - Erik Adams deyib.

Mərasimin Bruklində yerləşən “Kings” Teatrında, qapalı məkanda keçirilməsi planlaşdırılırdı. Yeni mer yanvarın 1-də Nyu-Yorkun sabiq meri Bill de Blasiodan səlahiyyətlərini təhvil alacaq.

Qeyd edək ki, son günlərdə Nyu-York şəhərində pandemiyaya yoluxanların sayının yüksəlməsi səbəbindən bir sıra kütləvi təbirlər ləğv olunub.

Son xəbərlər

Orphus sistemi