Bakı. 10 dekabr. REPORT.AZ/ Nyu-Yorkun sabiq meri və Donald Trampın seçkiqabağı kampaniyasının fəal iştirakçısı olan Rudolf Culiani ABŞ-ın gələcək administrasiyasında işləməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə yeni seçilmiş prezidentin keçid komandasına istinadən "İnterfax" məlumat yayıb.
"Donald Tramp bildirib ki, noyabrın 29-da Nyu-Yorkun sabiq meri Rudi Culiani ilə görüş zamanı o, yeni administrasiyada mövqe tutmaqla bağlı namizədliyini geri götürüb", - deyə məlumatda bildirilir.
Tramp qeyd edib ki, sabiq mer "inanılmaz dərəcədə istedadlıdır və bir amerikalı vətənpərvərdir".
Keçid komandası, həmçinin xəbər verir ki, Nyu-Yorkun sabiq meri özəl sektorda fəaliyyət göstərəcək.
Rudi Culiani görüşdə bildirib ki, özəl sektorda işləsə də, ABŞ-ın yeni seçilmiş prezidentinə köməklik göstərəcək.