Nyu-Yorkun qubernatoru vəzifəsindən gedir

Nyu-Yorkun qubernatoru vəzifəsindən gedir ABŞ-ın Nyu-York ştatının qubernatoru vəzifəsindən gedir.
Digər ölkələr
10 Avqust , 2021 20:16
Nyu-Yorkun qubernatoru vəzifəsindən gedir
Endryu Kuomo

ABŞ-ın Nyu-York ştatının qubernatoru vəzifəsindən gedir.

"Report" TASS-a istinadən xəbər verir ki, qadınlara qarşı cinsi zorakılıq faktlarında adı hallanan Endryu Kuomo bu qalmaqalın fonunda istefa verəcəyini açıqlayıb.

Bir qədər əvvəl Nyu-York şəhərinin meri Bill de Blazio bəyan etmişdi ki, Endryu Kuomo artıq vəzifəsinin icrasına yaramır və qubernator vəzifəsini icra edə bilməz.

Qeyd edək ki, E.Kuomo ona qarşı irəli sürülən cinsi zorakılıq iddialarını rədd edib.

Son xəbərlər

Orphus sistemi