Yuxarı
    Bağlamaq

    Nyu-Yorkun mərkəzində sürücü avtomobili piyadaların üstünə sürüb: xəsarət alanlar var

    Şəxsiyyəti açıqlanmayan sürücü avtomobili səkidəki piyadaların üstünə sürüb

    Bakı. 15 iyun. REPORT.AZ/ Nyu-Yorkun mərkəzində sürücü avtomobili piyadaların üstünə sürüb.

    "Report"un məlumatına görə, bu barədə "New York Daily News" xəbər verib.

    Xəbərdə bildirilir ki, hadisə Manhettendə qeydə alınıb. Belə ki, şəxsiyyəti açıqlanmayan sürücü avtomobili səkidəki piyadaların üstünə sürüb. 

    "NBC New York"un məlumatına görə isə avtomobil iki nəqliyyat vasitəsi ilə toqquşub. Həmin nəqliyyat vasitələri isə yoldan çıxaraq piyadaları əziblər.

    Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi