Nyu-Yorkda yanğın baş verib, xəsarət alanlar var - VİDEO

Nyu-Yorkda yanğın baş verib, xəsarət alanlar var - VİDEO Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gecə ABŞ-ın Nyu-York şəhərində baş verən yanğın nəticəsində 7 yanğınsöndürən və 5 mülki şəxs xəsarət alıb.
Digər ölkələr
13 Dekabr , 2018 18:57
Nyu-Yorkda yanğın baş verib, xəsarət alanlar var - VİDEO

Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gecə ABŞ-ın Nyu-York şəhərində baş verən yanğın nəticəsində 7 yanğınsöndürən və 5 mülki şəxs xəsarət alıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Queens bulvarında yerləşən bir restoranda başlayan yanğın sürətlə yayılaraq yaxınlıqdakı ofislərə də sirayət edib. Nəticədə altı şirkətə ziyan dəyib, binanın dam örtüyünün bir hissəsi uçub.

Yanğın Təhlükəsizliyi Xidmətinin məlumatına görə, hadisə yerinə 200-dək canlı qüvvə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi