Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində yerləşən ticarət mərkəzinə gələnlər naməlum şəxsin döşəməyə atəş açmasından sonra təcili surətdə mərkəzdən təxliyyə ediliblər.
"Report" "CBS New York"a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsi Robert Hertman bildirib.
Onun sözlərinə görə, hələlik həmin şəxsin qəsdən və ya təsadüfən atəş açdığı dəqiqləşdirilməyib. Polis hadisənin ehtimal edilən iştirakçısının axtarışlarını davam etdirir.
Mərkəzə gələnlər təxliyyə olunublar. Polis hadisə nəticəsində 2 nəfərin xəsarət aldığını bildirib.