Nyu-Yorkda tibb işçilərinə dəstək aviaşousu keçirildi - VİDEO
Nyu-Yorkda tibb işçilərinə dəstək aviaşousu keçirildi - VİDEOABŞ-ın Nyu-York şəhərində Mavi mələklər” (Blue Angels) və İldırım quşları (Thunderbirds) adlı döyüş təyyarələri aviaşou təşkil edib.
ABŞ-ın Nyu-York şəhərində "Mavi mələklər” ("Blue Angels") və "İldırım quşları" ("Thunderbirds") adlı döyüş təyyarələri aviaşou təşkil edib.
"Report"unxüsusi müxbiri xəbər verir ki, tədbir ölkədə koronavirus pandemiyasına qarşı mübarizə aparan tibb işçilərinə dəstək məqsədi daşıyıb.
Manhattan əyalətinin üzərində dövrə vuran döyüş təyyarələri səmada göz oxşayan dairələr cızıblar Yarım saat davam edən aviaşou sakinlər tərəfindən maraqla izlənilib.
Nyu-York ştatının qubernatoru Endryu Kuomo bildirib ki, son iki həftədir şəhərdə koronavirusa yoluxma və ölüm hallarının sayı azalıb: "Ona görə bu aviaşounu düzənləməklə həm də əhaliyə motivasiya verməyə çalışırıq".
Vüsalə Abbasova
U.S. Air Force and Navy planes fly over New York to pay tribute to people on the frontlines pic.twitter.com/gnZaqHaRe7