Nyu-Yorkda sürücü maşını insanların üzərinə sürüb

Nyu-Yorkda sürücü maşını insanların üzərinə sürüb Hadisə nəticəsində 3 nəfər yaralanıb
Digər ölkələr
30 Sentyabr , 2017 03:19
Nyu-Yorkda sürücü maşını insanların üzərinə sürüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Nyu-Yorkun mərkəzindəki piyada keçidində sürücü furqonu insanların üzərinə sürüb.

"Report" "New York Daily News"a istinadən xəbər verir ki, insident Pensilvaniya vağzalının yanında baş verib.

Nəticədə 3 nəfər xəsarət alıb.

Qeyd olunur ki, avtomobilin sürücüsü hadisə yerindən qaçmayıb. Onun sözlərinə görə, qazın pedalı yerə qoyulan xalça səbəbindən pərçim olub.

Son xəbərlər

Orphus sistemi