Nyu-Yorkda koronavirus pandemiyası ilə əlaqədar pilot layihə - VİDEOREPORTAJ

Nyu-Yorkda koronavirus pandemiyası ilə əlaqədar pilot layihə - VİDEOREPORTAJ ABŞ-ın Nyu-York şəhərində sakinlərə məsafəylə gəzməyə icazə verildi.
Digər ölkələr
29 Mart , 2020 12:42
Nyu-Yorkda koronavirus pandemiyası ilə əlaqədar pilot layihə - VİDEOREPORTAJ

ABŞ-ın Nyu-York şəhərində sakinlərə məsafəylə gəzməyə icazə verildi.

"Report" xüsusi müxbiri xəbər verir ki, layihə Nyu-York şəhər bələdiyyəsi və şəhər administrasiyasının təşəbbüsü ilə həyata keçirilir. 

Belə ki, layihə çərçivəsində Nyu-Yorkun 4 bölgəsində mərkəzi yollarda ictimai nəqliyyatın hərəkəti dayandırılıb və sakinlər polisin nəzarəti altında iki həftədir fövqəladə vəziyyətin elan olunduğu şəhərin küçələrinə çıxıb. Həmin insanlardan səsgücləndiricilər vasitəsilə mütəmadi xəbərdarlıq olunmaqla öz aralarında müəyyən məsafə qoymaq şərti ilə hərəkət etmələri istənilib. 

Martın 27-dən etibarən başlayan pilot layihə dörd gün qüvvədə olacaq və saat 10:00-dan 19:00-dək davam edəcək. 

Nyu-York şəhər bələdiyyəsinin sədri Bill De Blasio insanların şikayətlərini nəzərə alaraq belə bir pilot layihəni reallaşdırdıqlarını, məqsədin həm də son vaxtlar kütlənin axın etdiyi Mərkəzi Parkdakı yükü azaltmaq olduğunu deyib. 

Məhz "Report"un xüsusi müxbiri də yüzlərlə insanın təmiz hava almağa çıxdığı Manhattan əyalətinin 28 və 34-cü küçələri arasındakı Mərkəzi Park prospektində olub, insanlarla söhbətləşib.

Əslən türk olan Yusif Necati Özer lahiyənin çox uğurlu olduğunu, Türkiyə və Azərbaycan da daxil digər ölkələrdə tətbiqinin zəruriliyinə diqqət çəkib. 

Eyni zamanda yerli sakinlər də belə bir pilot layihənin tətbiqindən razı qaldıqlarını bildiriblər. Onlar günlərdir həyəcan keçirən insanlara günəşli havada gəzintiyə çıxmasının müsbət təsir göstərəcəyini söyləyiblər.

Qeyd edək ki, Nyu-York şəhəri 20 milyon əhalisi olmaqla ABŞ-ın ən böyük şəhəridir və ölkədə koronavirus pandemiyasının episentri sayılır. 

Müəllif: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi