Nyu-Yorkda pilotsuz uçan aparat Empayr Steyt Bildinqə çırpılıb

Nyu-Yorkda pilotsuz uçan aparat Empayr Steyt Bildinqə çırpılıb Uçan aparat binaya 40-cı mərtəbə hündürlükdə dəyib
Digər ölkələr
5 Fevral , 2016 11:38
Nyu-Yorkda pilotsuz uçan aparat Empayr Steyt Bildinqə çırpılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Nyu-Yorkda xırda pilotsuz uçan aparat (PUA) Empayr Steyt Bildinq göydələninə çırpılıb.

"Report" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, uçan aparat binaya 40-cı mərtəbə hündürlükdə dəyib, sonra da 35-ci mərtəbə səviyyəsində olan meydançalardan birinə düşüb.

Yerli polisin məlumatına görə, PUA-nı idarə edən 29 yaşlı Nyu-Cersi sakini həbs edilib. Onun aparatla bir neçə şəkil çəkmək istədiyi, ancaq nəzarəti əldən buraxdığı ehtimal olunur.

Qeyd edək ki, Nyu Yorkda xırda dronlardan istifadə qadağan deyil. Saxlanılanm şəxs PUA idarə edərkən idarəetməni itirərək ətraf mühiti təhlükə altında saxlamaqda ittiham olunur. Buna görə, ona 7 ilə qədər həbs cəzası verilə bilər.

Xatırladaq ki, Empayr Steyt Bildinq Manhettendə yerləşən 103 mərtəbəli göydələndir. O, hazırda Nyu Yorkun ən hündür binasıdır. 1986-cı ildə Empayr Steyt Bildinq ABŞ-ın milli tarixi abidələri siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi