Yuxarı

Nyu-Yorkda partlayış olub: 1 yanğınsöndürən ölüb, 4 polis yaralanıb

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürən maşınları cəlb edilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində naməlum səbəbdən baş verən partlayış nəticəsində azı 1 yanğınsöndürən ölüb, 4 polis əməkdaşı yaralanıb. 

"Report" "New-York Daily News"ə istinadən xəbər verir ki, polis əməkdaşı hadisənin evdəki narkotik laboratoriyasının partlaması nəticəsində baş verdiyini ehtimal edib.

Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürən maşınları cəlb edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi