​Nyu-Yorkda kran aşıb: 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb

​Nyu-Yorkda kran aşıb: 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb Kranın oxu küçənin hərəkət hissəsinə düşüb və burada saxlanılmış bir neçə maşını əzib
Digər ölkələr
5 Fevral , 2016 20:11
​Nyu-Yorkda kran aşıb: 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Bakı. 5 fevral. REPORT.AZ/ Nyu-Yorkda, Manhettendə kranın aşması nəticəsində 1 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı şəhər polisi yayıb.

Ölən və yaralananlar haqda "New York Times" qəzetinə məlumat verən yüksək rütbəli polis əməkdaşı qeyd edib ki, bu rəqəm təxminidir.

Hadisə səhər saat 08:30 radələrində Mahhettenin aşağı hissəsində "Worth street"də baş verib. Kranın oxu küçənin hərəkət hissəsinə düşüb və burada saxlanılmış bir neçə maşını əzib. 

Son xəbərlər

Orphus sistemi