Nyu-Yorkda koronavirusa rekord yoluxma qeydə alınıb

Nyu-Yorkda koronavirusa rekord yoluxma qeydə alınıb ABŞ-ın Nyu-York ştatında koronavirusa rekord sayda yoluxma qeydə alınıb.
Digər ölkələr
26 Dekabr , 2021 13:20
Nyu-Yorkda koronavirusa rekord yoluxma qeydə alınıb

ABŞ-ın Nyu-York ştatında koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, ştatın Manhetten, Bronx, Queens, Brooklin və Staten İsland əyalətlərinin mərkəzi meydan və küçələrində, 70 müxtəlif məkanda bələdiyyənin mülkiyyətində olan nəhəng avtobuslarda fəaliyyət göstərən mobil hospitallara vətəndaşlar axın edib.

Son günlərdə Nyu-York ştatında koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının sürətlə artması səbəbindən "səyyar mobil hospital” xidməti fəaliyyətə başlayıb.

Avtobusların qarşısında uzun növbələr yaranıb. Mobil hospitallara müraciət edənlərə tibbi personal tərəfindən ödənişsiz olaraq COVID-19-a dair PCR testlər və vaksinasiya həyata keçirilir. İyirmi dörd saat ərzində aktiv şəkildə fəaliyyət göstərən hospitallara gün ərzində 150 000-dən çox rekord sayda müraciətin daxil olduğu bildirilib.

Nyu-York bələdiyyəsi, eyni zamanda bu mərkəzlərdə xəstəxanaların və laboratoriyaların yükünü azaltmaq məqsədilə vətəndaşlara ev şəraitində onların istifadə edə biləcəyi test sınaq dəstləri paylayıb.

ABŞ-ın Cons Hopkins Tibb Mərkəzi tərəfindən verilən məlumata əsasən, son bir həftə ərzində Nyu-Yorkda koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 220 faizdən çox artaraq 89 minə yüksəlib. COVID-19 səbəbi ilə xəstəxanaya yerləşdirilənlərin sayı isə 18 faiz artaraq 4 min 452-yə çatıb.

Son xəbərlər

Orphus sistemi