Nyu-Yorkda komendant saatının vaxtı uzadıldı

Nyu-Yorkda komendant saatının vaxtı uzadıldı ABŞ-ın Nyu-York şəhərində kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün tətbiq olunan komendant saatı iyun ayının 7-nə qədər uzadılıb.
Digər ölkələr
225
3 İyun , 2020 04:46
Nyu-Yorkda komendant saatının vaxtı uzadıldı

ABŞ-ın Nyu-York şəhərində kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün tətbiq olunan komendant saatı iyun ayının 7-nə qədər uzadılıb.

"Report"un xüsusi müxbiri xəbər verir ki, şəhər bələdiyyəsinin rəhbəri Bill de Blasio keçirdiyi mətbuat konfransında yerli vaxtla axşam saat 20:00-dan, səhər saat 05:00-dək şəhərdə komendant saatının tətbiq olunacağını bildirib. 

O, qeyd edib ki, qadağalar tibb işçilərinə və xüsusi icazə ilə şəhərə çıxanlara şamil olunmur.

Nyu-Yorkda davam edən kütləvi nümayişlərin qarşısının alınması üçün bazar ertəsindən etibarən komendant saatı tətbiq edilib. Daha öncə, yerli vaxtla axşam saat 22-00-dan, saat 08:00-a qədər insanların xüsusi icazə olmadan küçələrə çıxması qadağan edilsə də, nümayişçilər buna məhəl qoymamışdı. Hazırda Nyu-York şəhərinin beş rayonundan üçündə - Manhetten, Bruklin və Queensdə kütləvi etiraz aksiyaları davam edir. 

Bələdiyyə başçısı Nyu-York şəhərinə əlavə 4 000 polisin gətiriləcəyini bildirib.

Müxbir: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi