Nyu-Yorkda göydələndə yanğın zamanı 13 nəfər xəsarət alıb

Nyu-Yorkda göydələndə yanğın zamanı 13 nəfər xəsarət alıb Yanğın söndürülüb, səbəbləri hələ məlum deyil
Digər ölkələr
23 Dekabr , 2016 04:56
Nyu-Yorkda göydələndə yanğın zamanı 13 nəfər xəsarət alıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Nyu-Yorkun mərkəzində yerləşən göydələnlərdən birində cümə axşamı baş vermiş yanğın nəticəsində 13 nəfər xəsarət alıb.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, yanğın Manhettan şəhərinin mərkəzindəki binanın üçüncü mərtəbəsində baş verib və daha sonra qonşu mərtəbəyə yayılmağa başlayıb.

Hadisə nəticəsində ən azı 10 nəfər, həmçinin 3 yanğınsöndürən xəsarət alıb.

Yanğın söndürülüb. Onun səbəbləri hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi