Yuxarı

Nyu-Yorkda göydələn yanır

Yanğın 5-ci Avenue prospektində Schomburg Plaza binasında başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Nyu-Yorkda Manxetten rayonundakı göydələnlərdən birində yanğın başlayıb. Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir. 

Yanğın 5-ci Avenue prospektində "Schomburg Plaza" binasının 17 və 18-ci mərtəbələri arasında başlayıb.

Hadisə yerinə 140 nəfərdən ibarət yanğınsöndürənlər briqadası gəlib. Qeyd olunur ki, yanğın nəzarət altına alınıb. 

Həmçinin bildirilir ki, 6 nəfər yüngül xəsarət alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi