Nyu-Yorkda qızılca epidemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

Nyu-Yorkda qızılca epidemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub Nyu-York şəhərinin meri Bill de Blazio Bruklində qızılca epidemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Digər ölkələr
10 Aprel , 2019 09:57
Nyu-Yorkda qızılca epidemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

Nyu-York şəhərinin meri Bill de Blazio Bruklində qızılca epidemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Mer qızılca epidemiyasının mümkün qədər tez aradan qaldırılmasının zəruri olduğunu vurğulayıb. Bununla əlaqədar şəhər başçısı məcburi vaksinasiya elan edib.

Vaksinasiyadan keçməkdən imtina edən rayon sakinləri 1000 dollaradək cərimələnəcəklər.

Hazırda Nyu-Yorkda 258 qızılca xəstəliyinə tutulma halı məlumdur, onlardan 21-i xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi