Noyabrın 20-də polis zabiti 28 yaşlı Akay Qurleyi silahsız olduğu halda öldürüb. Bruklin dairəsinin vəkili münsiflər məhkəməsinin Piter Lianqa qarşı ittiham irəli sürülməsini nəzərdən keçirir.
"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Nyu-York şəhər rəsmiləri son bur gün ərzində nümayişlər zamanı 20 nəfərin həbs edildiyini bildirib.
Nümayişçilərin əsas küçələrdən birini bağlamağa cəhd göstərdikləri və ictimai asayişi pozduqlarına görə həbs edildiyi deyilir.
Nümayişlər həftənin çərşənbə günü Nyu-York şəhərinin münsiflər məhkəməsinin ağ irqə mənsub pois zabiti Daniyel Pantaleona qarşı cinayət törətməkdə şübhəli bilinən qara dərili silahsız Erik Qarneri öldürməklə bağlı ittiham irəli sürülməməsi barədə qərarından sonra başlayıb.
Nümayişlər ABŞ-ın Boston, Çikaqo, Mayami və paytaxt Vaşinqton kimi bir sıra şəhərlərində də keçirilib.