Nyu-Yorkda elektrik enerjisinin verilişi bərpa edilir - YENİLƏNİB

Nyu-Yorkda elektrik enerjisinin verilişi bərpa edilir - YENİLƏNİB Nyu-York şəhərini elektrik enerjisilə təmin edən “Con Edison” şirkəti şəhər ərazisində elektrik enerjisinin verilişini bərpa etməyə başlayıb.
Digər ölkələr
14 İyul , 2019 08:51
Nyu-Yorkda elektrik enerjisinin verilişi bərpa edilir - YENİLƏNİB

Nyu-York şəhərini elektrik enerjisilə təmin edən “Con Edison” şirkəti şəhər ərazisində elektrik enerjisinin verilişini bərpa etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkət özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Manhettenin mərkəzi və yuxarı qərbi hissəsində enerji təchizatı bərpa olunur. Gecə yarısına qədər daha çox istehlakçının elektrik enerjisi ilə təmin olunacağını gözləyirik” - deyə, şirkətin yaydığı açıqlamada deyilir.

Qeyd edək ki, Nyu-Yorkda baş vermiş nasazlıq səbəbindən azı 50 min sakin elektrik enerjisindən məhrum olub. “NBC” telekanalı bildirir ki, ilkin ehtimal olaraq nasazlığa səbəb kimi 54-cü küçədə yerləşən transformator yarımstansiyasında baş vermiş yanğın göstərilir. Dəqiq səbəblər hazırda dəqiqləşdirilir.


***07:21

ABŞ-ın Nyu-York şəhərinin Manhetten bölgəsində elektrik enerjisinin verilməsində fasilələr qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Qeyd olunub ki, elektrik enerjisi təchizatında yaranan fasilələr təxminən 40 min istehlakçını ışıqsız qoytub. Elektrik enerjisinin kəsilməsinə səbəb transformator yarımstansiyasında olan yanğın ola bilər. Manhettenin bəzi küçələrində tıxaclar yaranıb.

Xatırladaq ki, bundan əvvəl Argentina və Uruqvayın elektrik təchizatı sistemində nasazlıq yaranmışdı. Nəticədə ümumilikdə 48 milyona yaxın insan işıqsız qalmışdı.

Son xəbərlər

Orphus sistemi