ABŞ-ın döyüş təyyarələri Nyu-York üzərinə qaldırılıb

ABŞ-ın döyüş təyyarələri Nyu-York üzərinə qaldırılıb ABŞ-ın Nyu-York şəhərində Mavi mələklər” (“Blue Angels”) və İldırım quşları (“Thunderbirds”) adlı döyüş təyyarələrinin şəhərin üzərində aviaşousu təşkil edilib.
Digər ölkələr
29 aprel 2020 02:30
ABŞ-ın döyüş təyyarələri Nyu-York üzərinə qaldırılıb

ABŞ-ın Nyu-York şəhərində "Mavi mələklər” (“Blue Angels”) və "İldırım quşları" (“Thunderbirds”) adlı döyüş təyyarələrinin şəhərin üzərində aviaşousu təşkil edilib.

"Report"un xəbərinə görə, Nyu-Yorkun qubernatoru Endryu Kuomo bunun son iki həftədə şəhərdə koronavirusa yoluxan xəstə sayının və ölüm hallarının azalması ilə əlaqədar əhaliyə motivasiya mesajı olduğunu açıqlayıb.

Qubernator eyni zamanda şounun COVID-19 epidemiyasına qarşı mübarizə aparan tibb işçilərinə dəstək məqsədi ilə reallaşdırıldığını deyib. Nyu-Yorkun Manhetten əyalətində dövrə vuran təyyarələr səmada müxtəlif dairələr cızıblar.

Yarım saat davam edən aviaşou sakinlər tərəfindən maraqla izlənilib.

Birləşmiş Ştatlarda virusa ən çox yoluxma Nyu-York ştatında qeydə alınıb. Burada 295 106 nəfər COVID-19 daşıyıcısıdır. 

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi