Bakı. 20 yanvar. REPORT.AZ/ Nyu-Yorkda ABŞ-ın bu gün rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayacaq seçilmiş prezidenti Donald Trampa qarşı kütləvi etiraz aksiyası keçirilib.
"Report" xəbər verir ki, şahidlərin sözlərinə görə, mitinqə bir neçə min insan toplaşıb.
Nümayiş "Trump Tower" binasının yaxınlığında keçirilib. Mitinqdə Nyu-York meri Bill De Blazio, həmçinin aktyorlar Robert De Niro, Mark Ruffalo, Alek Bolduin, müğənni Şer və bir çox başqaları iştirak ediblər.
"The Hill" nəşri yazır ki, rejissor Maykl Mur, öz növbəsində, Trampa qarşı 100 günlük etiraz aksiyası keçirməyə çağırıb. Aksiya "WeStandUnited" şüuarı altında təşkil olunub.
Yanvarın 20-də ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.
