ABŞ-da qasırğa qurbanlarının sayı 45 nəfərə çatıb

ABŞ-da qasırğa qurbanlarının sayı 45 nəfərə çatıb ABŞ-ın Nyu-York şəhərində İda qasırğasının səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.
Digər ölkələr
3 Sentyabr , 2021 02:15
ABŞ-da qasırğa qurbanlarının sayı 45 nəfərə çatıb

ABŞ-da tüğyan edən "İda" qasırğası nəticəsində azı 45 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə CNN yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakətdən ən çox Nyu-York və Nyu-Cersi ştatları zərər çəkib. Bu ştatlarda onlarla insan ölüb. Həmçinin Pensilvaniyada bir neçə nəfər qasırğanın qurbanı olub.

Xatırladaq ki, qasırğa ilə əlaqədar çərşənbə günü ABŞ-ın 3 ştatında fövqəladə vəziyyət rejimi elan edilib. Qasırğa leysan yağışlara, daşqınlara səbəb olub.

Bundan əvvəl qasırğanın yaratdığı daşqınlar nəticəsində ölənlərin sayının 29 nəfər olduğu bildirilirdi.

01:42

ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında "İda" qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Report" NBC telekanalına istinadən xəbər verir.

Qeyd edilir ki, təbii fəlakət zamanı 29 nəfər ölüb.

Məlumata görə, 12 nəfər Nyu-York ştatında, 14 nəfər Nyu-Cersidə ölüb. Pensilvaniyada azı 3 nəfərin ölməsi təsdiqlənib.

Bundan əvvəl daşqınlar nəticəsində ölənlərin sayının 22 nəfər olduğu bildirilirdi.

02.09.2021. 20:52

ABŞ-ın Nyu-York və Nyu-Cersi ştatlarında "İda" qasırğasının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, təbii fəlakət zamanı 22 nəfər ölüb.

Bundan əvvəl daşqınlar nəticəsində ölənlərin sayının 9 nəfər olduğu bildirilirdi.

Qasırğa bir neçə gündür ölkə ərazisində tüğyan edir. Hazırda bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib.

19:12

ABŞ-ın Nyu-York şəhərində İda qasırğasının səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Qasırğa nəticəsində Nyu-Yorkun bir hissəsini su basıb, metroda bəzi xətlərdə qatarların hərəkəti dayandırılıb.

Ştat ərazisində fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi