Nyu-Yorkda bıçaqlı hücumda azı beş nəfər qətlə yetirilib

Nyu-Yorkda bıçaqlı hücumda azı beş nəfər qətlə yetirilib ABŞ-nin Nyu-York şəhərində bıçaqlı hücum nəticəsində ikisi yeniyetmə olmaqla azı beş nəfər qətlə yetirilib.
Digər ölkələr
5 Dekabr , 2023 08:40
Nyu-Yorkda bıçaqlı hücumda azı beş nəfər qətlə yetirilib

ABŞ-nin Nyu-York şəhərində bıçaqlı hücum nəticəsində ikisi yeniyetmə olmaqla azı beş nəfər qətlə yetirilib.

“Report” xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Bildirilib ki, iki polis məmuru Kvins borosundakı bir evə göndərilib. Evdə ilkin suallardan sonra mətbəx bıçağı ilə onlara hücum edən, hər ikisini yaralayan və cavab olaraq güllələnən bir kişi aşkarlanıb.

11 yaşlı qız evin xaricində bıçaq xəsarətləri ilə tapılıb və daha sonra xəstəxanaya çatdırılarkən ölüb. Evin içində biri 12 yaşlı oğlan olmaqla üç meyit tapılıb. Həmçinin ağır yaralı qadın aşkarlanıb.

ABC qeyd edir ki, şübhəli şəxs müəyyən edilib və əvvəllər məişət zorakılığına görə həbs edilib.

Hücum edənin dəqiq motivləri hələ müəyyən edilməyib.

Son xəbərlər

Orphus sistemi